Marketinq Zirvəsi (Marketing Summit) hər il ənənəvi olaraq "MCT Konsaltinq" tərəfindən təşkil olunur. Bu il də adəti üzrə keçiriləcək olan “Marketinq Zirvəsi” artıq 15-ci dəfə təşkil olunacaqdır. Keçiriləcək zirvə dünyanın ən yaxşı mütəfəkkirlərini və sahibkarlarını İstanbulda Lütfi Kırdar Konqres və Sərgi Sarayında bir araya gətirəcək.
Zirvənin sürprizləri arasında uçan avtomobilin banisi Slovakiyalı mühəndis Stefan Klein kimi adlar da iştirak edir. 3-4 Dekabr 2014-cü il tarixlərində İstanbulda 15-ci dəfə təşkil ediləcək olan “Marketinq Zirvəsi”nin bu ilki mövzusu "Change The Game"dir.
Qeyd etmək istərdik ki, Facemarkz.az “Marketing Summit 2014”ün media partnyoru oldu.