14-cü Cristal Festival 16-20 Dekabr tarixlərində Kurşevel (Courchevel), Fransada baş tutacaqdır. Hər il Cristal mükafatlandırma tədbiri reklam ekosistemini bir araya toplayır.



Mediya və komunikasiya sənayesində olan inkişafı nəzərə çatdırmaq üçün, çoxsaylı konfranslar keçiriləcəkdir. Tədbirin iki əsas hissəsi təşkilatçılar tərəfindən seçilmişdir:



1) Reklam kreativliyinin yeni dövrü: 16-17 Dekabr. Brend reklamı və məzmun zirvəsi



2) Yeni məzmun çatdırma üsulları: 18-19 Dekabr. Marketinq və İnnovasiya məlumat forumu.



Bu 4 gündə çıxış edəcək spikerlər bunlardır:



Pierre Chappaz. Sədr. Teads - Fransa


Rob Donnell. Prezident və təsisçi. Brand Arc - ABŞ


Nizan Guanaes. Təsisçi və partnyor. Grupo ABC - Brazilya


EnonLandenberg. Təsisçi. sFBI - İsrayıl


Andrew Lazzaro. Ümümdünya baş marka direktoru. OMD - ABŞ


David Shing. Rəqəmsal peyğəmbər. AOL - ABŞ


Ben Silverman. Təsisçi və baş icraçı direktor. Electus - ABŞ



Təsdiqlənmiş spikerlər və proqram haqqında daha ətraflı məlumat üçün Cristal Festivalın web səhifəsinə keçin!



Əsas tarixlər:



İşlərin daxil olunması üçün son tarix: 21 Noyabr



Cristal Festival : 16–20 Dekabr Kurşeveldə (Courchevel)