Lenovo, Yahoonun təcrübəli qurucusu və keçmiş icraçı direktoru Jerry Yangın müstəqil məsləhətçi üzv olaraq Lenovo rəhbərliyinə qatıldığını elan etdi. Lenovo Group İdarə Heyəti Başçısı və CEO-su Yuanqing Yang, etdiyi şərhdə, "Jerry məsləhətçi olduğundan bəri şirkətə böyük faydaları toxundu.
İndi onu idarə heyətində görmək bizi xoşbəxt edir. Jerry, sahibkarlığı, özünə xas qlobal perspektivi və “Lenovo”da ön plana çıxan internet çağının innovasiyaları ilə özünü sübut etmiş bir idarəçidir.
İdarə heyətimizə fərqli bir səs gətirəcək olan Jerry ilə “Lenovo”nu böyütməyə davam edəcəyik" deyə bildirib. Şirkət Yangın “Lenovo”nun rəhbərlik heyətinə təyin edilməsi, “Lenovo”nun qlobal yüksəlişini və fərqli sahələrdəki marağını dəstəkləyir.