1 milyard Dollar, kifayət qədər bahalı Instagram
Bir neçə aydır insanlara Facebook hesabı açmağa necə qərar verdiklərini soruşuram. "Yoldaşlarımın hesabları vardı.", "Çox gözəl oyunlar var demişdilər", "Poke vardı, istədiklərimizə tanış olmaq təklifi göndərə bilirdik" və s. kimi cavablar vardı.
"Topluca çöldəydik. Bir çox fotoşəkil çəkildi. Bir nəfər fotoşəkilləri Facebookda albom edəcəyini söylədi."
Facebook 1 milyard dollar dəyərində nağd və hissəylə Instagramı satın almışdır. Bu Facebook-un bugünə kimi reallaşdırdığı ən böyük alışıdır. Instagram, yalnız iPhone-larda 30 milyon istifadəçiyə çatmağı bacardı və keçdiyimiz günlərdə Androidə də uyğun proqram buraxacağı xəbərini vermişdi.
"A million dollars isn't cool, you know what's cool? A billion dollars."
Təbii ki , bir tərəfdən də heç bir şey səbəbsiz deyil.
1. Bir çox fotoşəkil çəkildi və biri fotoşəkilləri Facebookda albom etdi
Facebook-un qarşılıqlı təsiri vizuallar ətrafına hördüyü və saytda keçirilən zamanı vizuallarla yüksəltdiyi bir sirr deyil. Facebook-a gündə 250 milyon fotoşəkil yüklənir. Vebdə tapa biləcəyiniz fotoşəkillərin 4%-nin Facebook-da olduğu deyilir.
2. MobilFacebook
Çünki istifadəçilər mobildir. 2012-ci ilin başlancığı etibarilə Facebook-un aylıq aktiv 300 milyon mobil istifadəçisi var; təxminən 40% mobil nüfuz deməkdir bu. Masaüstü və dizüstü kompüterlərdən Facebook-a girən hər istifadəçi, Facebook üçün mobil trafikin güclənməsinə maneə yaradır.
Tam olaraq buna görə Google, öz mobil kainatı Androiddə Google+' üçün prioritetləndirmə planları edir. Ona görə Apple, iOS cihazlarda Twitter inteqrasiyasını Facebook-un qarşısına qoyur.
Bu nöqtədə, "mobil fotoşəkil paylaşması"üzərində yüksələn bir tətbiqin Android platformaya da daxil olaraq yayılmasının qarşısında Facebook cavabsız qalmır.
3. Instagram, lovemark
Instagram, vizualları asan filtrlərlə ‘remix'ləyərək paylaşmağı mümkün edən bir mobil tətbiqidir. Özünü ifadə etmək, seçimə görə fərdiləşdirmə və anlar üzərində qurulub. Instagramda yaşadığınız bir anı şəxsən seçdiyiniz bir filtrlə şəkilləndirmənin və yenə eyni anda təqibçilərinizlə paylaşmanız çox az mobil tətbiqlərdə var.
Instagramın Twitter istifadəçiləri və Twitter inteqrasiyasıyla güclənməsini, Facebookun satın alması iləbirləşdirdiyimizdə tanış bir şəkillə qarşılaşırıq: Yalnız yaxın yoldaşlarımızın bildiyi, huşunu itirdiyimiz alternativ musiqi qrupu pop/rok çalmağa başlayır.
4. Böyük Facebook
Belə bir alışı Google, Amazon, Apple ya da Microsoft-un reallaşdırması kimsəni çaşdırmazdı, Facebookun alması da çaşdırmamalıdır.
Facebook, uzun bir müddət yalnız ‘İctimai Şəbəkə' kimi hesab edilirdi; Google isə uzun bir müddət ‘Axtarış Mühərriki' olaraq mövqelənməsini xatırladacaq şəkildədir.
Bu hücumla Facebookun ‘tək məhsul' strategiyasından uzaqlaşdığını söyləmək mümkün deyil bəlkə də. Digər tərəfdən, ‘İctimai Şəbəkənin içindən lazımlı segmentasiya ilə dolu bir xidmət və məhsul çıxacağını nəzərdə tutmaq heç də çətin deyil. Instagram, bunlardan ilkidir.
"13 adam işləyirmiş! 1 milyard dollar iləqiymətləndirildilər!"
Texnologiya tərəfində liderlik, başçılıq yarışından fərqsizdir. Instagramla bağlı səhv yayılmış ən geniş bir xəbər 1 milyard dolların bir gecədə qazanıldığıdır.
"1 gecə, bir neçə il və gözəlbir məhsul" daha doğru bir cavabdır, bəlkə. 800 milyon istifadəçinin gündə 250 milyon vizual yüklədiyi bir platforma, mobildə tətbiq etməkəslində çoxdan düşündükləri bir ideyadır deyə bilərik.