Oyuncaq istehsalçısı Hasbro, “Shrek”in istehsalçısı “DreamWorks”u satın almaq üçün danışıqlara başlayıb. Bu xəbərlərin yayılması ilə “DreamWorks”un səhmləri 21% bahalaşıb.



Jeffrey Katzenbergin rəhbərlik etdiyi “DreamWorks Animation” bir səhmə 30 dollar tələb edir. 1.9 milyard dollarlıq bazar dəyəri olan “DreamWorks”a sahib olmaq Hasbronun “Hollywood” əlaqələrini gücləndirə bilər. Analitiklər “Bu razılaşma müvəffəqiyyətli olsa, Hasbro ideyaların həyata keçirilməsi üçün öz studiyalarına sahib ola bilər. Bu, onlar üçün qətiyyətlə məntiqlidir” şərhini ediblər.