İdman ayaqqabıları və geyimləri təqdim edən “Adidas” şirkəti 2015-ci ilin turniri üçün yeni rəsmi topu təqdim etdi. Yeni top “adidas conext15” adlanır. O, 2015-ci ilin beynəlxalq matçlarında və turnirlərdə özündən öncəki sələfi olan “brazuca”nı əvəz edəcək.
Top Braziliyada keçirilən futbol üzrə dünya çempionatının rəsmi topu olan “brazuca”nın hazırlandığı eyni texnologiya ilə hazırlanıb. “conext15”in dizaynı torpaq, külək və od kimi təbiət ünsürlərindən ilahamlanıb.
Yaşıl, qırmızı və mavi rənglərin birləşməsi üç ünsürün balansını əks etdirir və “сonext15”in əsas elementləri hesab olunur. Top həmçinin bir sıra dünya liqlərinin və kuboklarının əsas ulduz olacaq.