Avtomobil markası “Linkoln”un Matthew McConaugheyli reklam çarxları davam edir. 31 Dekabrda televiziyada yayımlanmağa başlayan iki reklam çarxında McConaugheyin fəlsəfi danışıqlarına və rəftarlarına davam etdiyi görünür.
2014-cü ilin ən çox bəhs edilən və hətta Jim Carreyin belə təqlidini etdiyi McConaugheyli “Lincoln” reklamlarına yeniləri əlavə olundu. Lincoln MKZ və MKZ Hybrid modellərinin tanıdıldığı çarxların birində McConaugheyin həyat təcrübəsinə dair danışığı, digərində isə tavanı açılan avtomobilin kefini çıxarmaq üçün bir kafedə yağışın kəsməsini gözlədiyini görürük.