Dünyanın ən böyük kitab klubu, Mark Zuckerberg tərəfindən Yanvar ayının 3-də bir neçə dəqiqə içərisində quruldu. Facebook hesabından 2015-ci ildə hər iki həftədə bir kitab oxumağı hədəflədiyini, 30 milyon izləyicisi ilə paylaşan Zuckerberg bunun üçün də bir Facebook səhifəsi açdı.


 


Facebook istifadəçilərini özüylə birlikdə oxuyub, müzakirəyə dəvət edən Zuckerbergin oxuduğu hər kitabın adını paylaşacağı A Year of Books (Kitabların bir il) səhifəsi qısa müddətdə 71 mindən çox istifadəçi tərəfindən bəyənildi.


 


Və bu say sürətlə artmağa davam edir. Zuckerberg, başlatdığı online kitab klubunun ilk oxuması üçün “Moises Naim's The End of Power” adlı kitabını seçdi. Zuckerbergin təklif etdiyi kitab qısa müddət ərzində bitdi. Zuckerbergin seçdiyi kitab, dünyanın, ənənəvi olaraq böyük dövlətlər, ordular və digər təşkilatların əlində tutduğu güc tarazlığını, bu gün fərdlər lehinə dəyişməsini mövzu alır. Zuckerberg də fərdlərin güclənəcəyinə könüldən inandığını söyləyir. Paylaşımın altında izləyicilərinin Portuqaldan İspancaya, “Google Books”dan “Amazon”a qədər kitab əldə etmək üçün linklər daxil ardı ardına yüzlərlə şərh yazması da bu gücün bir başqa dəlilidir.