Avtomobil sektorunun lideri 2014-cü ildə də “Toyota” oldu. Rəqiblərindən bir həftə sonra satış göstəricilərini açıqlayan Yaponiya istehsalçısı dünya üzrə 10 milyondan artıq (10,23 milyon ədəd) avtomobil satmağı bacarıb.
Tərkibindəki Lexus və Daihatsu kimi markalar da Yapon istehsalçının uğurunda önəmli rol oynayıb.Almaniyanın avtomobil nəhəngi “Volkswagen” də 10 milyon sərhədini aşan ikinci istehsalçı olub.
Bununla yanaşı Toyota 2015-ci il üzrə cəmi satış hədəfini 1 faiz azaldaraq 10,15 milyon ədəd avtomobil kimi müəyyən edib. Bu vəziyyət Yapon şirkətin liderliyini “Volkswagen”ə verməsinə səbəb ola bilər.