"Hugs" hədiyyə və oyuncaq mağazalar şəbəkəsinin Sosial Media kommunikasiyasını artıq MaxCreative şirkəti həyata keçirəcək.



2006-cı ildən etibarən bir çox yerli və qlobal şirkətə digital sahədə xidmət göstərən "MaxCreative" agentliyi, 2014-cü ildən etibarən Sosial Media xidmətini də verməyə başlayıb.



Bir çox diqqətçəkən işlərə imza atan agentlik "Hugs" brendinin Sosial Media Marketinqindən əlavə, digər digital marketinq fəaliyyətlərində də rol oynayacaq. Hugs MaxCreative agentliyinin müəyyən etdiyi strategiya əsasında məhsullarını daha geniş bir kütləyə maraqlı formada çatdıraraq sosial aləmdə brendini möhkəmləndirməyi hədəfləyir. MaxCreative şirkətinin Sosial Media meneceri Tərlan Ələkbərovun dediyinə görə fevral ayından etibarən "Hugs"ın Facebook səhifəsində dəyişimi hiss edəcəyik.