Futbolçu dolu havayolları reklamları sırasına Hollandiyalı reklam agentliyi “180 Amsterdam”ın hazırladığı reklam çarxıyla “Qatar Hava yolları” da qatıldı. Bu dəfəki reklam çarxı “FCB Holiday” adlanır.
Reklam çarxını hazırlayan marketinq şöbəsi, beş böyük futbolçunu Messi, Suarez, Neymar, Iniesta və Piqueni sıradan futbolçular olaraq qarşımıza çıxartmadı.
Onun yerinə Messini “Matrix”dən çıxma bir ninja kimi , Suarezi bir atı olan kovboy, Neymarı isə sörfçü olaraq tamaşaçıya təqdim etdi. Bu 3 futbolçu ən azından real bir futbol topuyla hərəkət edir. Iniesta və Pique isə bir qrup pantomimci ilə yalnız xəyalən bir topla oynayır.