“Fiat 500”dən ilham alınaraq hazırlanan "500 Ailəsi"nin ən yeni üzvü “Fiat 500X” dünyaca məşhur illüziya ustası Dynamo ilə reallaşdırılan "X-in Gücü" adlı xüsusi nümayişi ilə izləyənləri ovsunladı.



London Stratforddakı “Kraliça Elizabeth olimpik parkı”nda iştirak edən Copper Box Arenada reallaşdırılan təqdimatı moda, musiqi və əyləncə sektorundan xüsusi olaraq dəvət edilən məşhur şəxslər izlədi.



"X-in Gücü" tədbirinə təxminən 3 ildə hazırlanan Dynamo, təqdimatına sirrli bir enerjini, başqa bir sözlə "X-in gücünü" yaradaraq başladı. Daha sonra yeni “Fiat 500X”in 3 ölçülü bir bənzərini meydana gətirən illüzyonist, teatr, rəqs və texnologiyanın birləşməsindən həyat tapan performansı ilə insanlarda heyranlıq yaratdı. “Fiat Melfi”dəki fabrikdə istehsal edilən “Fiat 500X” ABŞ da daxil olmaqla dünya səviyyəsində 100 ölkədə satışa təqdim ediləcək .