Beynəlxalq marketinq və reklam festivalı olan White Square artıq yeddinci dəfə Belarusiyanın paytaxtı Minsk şəhərində 23-25 Aprel tarixlərində keçiriləcək."White Square" qısa zaman ərzində Şərqi Avropada iddialı və çox sürətlə inkişaf edən festival oldu.



Festival hər il dünyanın 25 ölkəsindən təqdim olunmuş işləri və iştirakçıları qəbul edir. Artıq yeddinci dəfədir ki, keçirilən festivalıda 13 müsabiqə var və müsabiqənin işləri yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, sosial reklam münsiflər heyəti tərəfindən qiymətləndirəcəkdir. Hal-hazırda marketinq münsiflər heyətinin siyahısı bəllidir.





Münsiflər heyəti haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Bu münsiflər heyəti reklam şirkətləri, media layihələr, marketinq effektivliyi və BTL, PR və DM layihələri müsabiqəsinin iştirakçılarının işlərini qiymətləndirəcək. İşlərin qiymətləndirilməsi üçün əsas meyarlar orijinallıq, fikir yeniliyi və onun həyata keçirilməsi keyfiyyətləridir. "White Square"də mühakimə qərəzsizlik, obyektivlik və peşəkarlıq prinsipləri ilə tənzimlənir. İşləri qiymətləndirəcək olan bütün heyət Fevral ayı ərzində açıqlanacaq. Adəti üzrə "White Square" yeni festival mövsümünü açıq elan edir.



Məhz burada müsabiqə iştirakçıları tanınmış mütəxəssis olmaq şansını əldə edir. Festivalda uğurlu başlanğıc edərək finalçılar və festivalın qalibləri öz qalibiyyətini davam etdirir və Belarusiyanın sərhədləri xaricində də marketinq festivallarında məşhurluq əldə edir. VII dəfə keçirilən festivalda böyük miqyasda işlərin qəbul mexanizmi sadələşdirilmişdir. Festivalın şərtləri, işlərin qəbulu və daha ətraflı məlumatı rəsmi internet saytından www.adfest.by+37517 2174171, + 37517 2174161, + 37517 3064473 əlaqə nömrələrindən əldə etmək olar.