C4F Davos Dünya Komunikasiya Forumunun bir hissəsi olaraq mükafatlandırılır. Bu prestijli mükafat komunikasiyanın inkişafına çox böyük təsiri olan, tanınmış ekspertlər tərəfindən müəyyən olunur və həqiqətən də ümumdunya komunikasiya sənayesinin inkişafına dərin töhvələr bəxş edir.



C4F Davos Mükafatları idarə heyyətinin üzvləri, WCF Davos idarə heyyəti üzvləri və həmçinin C4F Davos mükafatlarının keçən illərdəki qalibləri, namizədləri irəli sürə biləcəklər. C4F Davos 2015 Mükafatları ən yaxşı nominantları onların yaradıcı yanaşma tərzinə görə qiymətlndirəcəkdir. Jüri heyyəti komunikasiya bazarının liderlərindən və C4F Davos Mükafatlarının qaliblərindən ibarətdir.



C4F Davos Mükafatları 6 nominasiya üzrə seçiləcəkdir:



1. Gələcəyin Titanı (hər tərəfli yaradıcı, 24/7 mümkün və yüksək biznes və etik standartlarla işləyən həqiqi global liderlərə verilir


2. Gələcəyin İmici (gələcək komunikasiyanın vizualını yaradan peşəkarlara təqdim olunur)


3. Gələcəyin Mediyası (Mediyanın inkişafında növbəti addımları görənlərə təqdim olunur


4. Gələcəyin əlaqələri (CSR, böhran və reputasiya menecmenti sahəsindəki profesionallara verilir)


5. Gələcəyin ideyası (hal-hazırda mövcud olmayan innovasiyalar ilə komunikasiya quran mütəxəssislərə təqdim olunur)


6. Grand Davos Award(komunikasiyanın inkişafına heyrətamiz töhvələr verən şəxslərə təqdim olunur)



Xatırladaq ki, Facemark.az saytı “C4F Davos”un media partnyoru oldu.