"Qitələrarası Reklam Kuboku"nun ideyası təcrübədən meydana çıxdı. Dünya Anqlo-sakson və digərləri qruplarına bölünəndə bu tarazlıqdan çıxdı. Qlobal sunami bizim planetimizi ağuşuna aldı və universal həqiqət onunla komunikasiya qurdu.



Genius Loci, məkanın ruhu, "The CUP"ın əsas mottosudur hansı ki, ayaqüstdə duranda yaradıcı güclərini Axilles kimi yerdən alan qəhrəmanları kəşf və tərənnüm edir.



Əgər reklam iqtisadiyyatın ən güclü sürətləndiricisidirsə, Genius Loci globallaşmağa ən uğurlu cavabdır. Reklam ən böyük transformasiya və rekonstruksiya dövründən keçdi. Biz reklamın və komunikasiyanın yeni marşrutlarını, açıqlamalarını və təriflərini axtarırıq. The CUP yerli bazarlara, sənayelərə, markalara və onların hər kəsin həyatındakı rola şərəf gətirir və o yeganə qlobal reklam festivalıdır ki, lokallıqdan ilhamlanmış yaradıcılığa təkan verir və təsdiqləyir. The CUP 4 ən mühüm qitə festivalı ilə əməkdaşlıq içərisindədir, bunlar ADFEST, FIAP, ADC*E və Golden Drumdur. Seçilmiş CUP jürisinin prezidenti Berlin Yaradıcı liderlik Məktəbinin prezidenti Michael Conrad olacaqdır. Təsdiq olunmuş jüri üzvləri isə bunlardır:



Alvaro Rodrigues: DM9 Rionun yaradıcı partnyoru və Vitse-Prezidenti (Braziliya)


Yang Yeo: Wieden+Kennedy Shanghainin İçracı Kreativ Direktoru (Çin)


Guido Heffels: Heimat TBWA Berlinin Baş Kreativ Direktoru (Almaniya)


Johannes Newrkla: Bluetangonun təsisçisi və Baş İcraçı Direktoru (Avstriya)


Mihai Gonku: GMP Advertising Bucharestin İcraçı Kreativ Direktoru (Rumuniya)


Beto Nahmad: “VCCP”nin İcraçı Kreativ Direktoru (İspaniya)



Kimdir Michael Conrad?



Michael Conrad, Berlin kreativ liderlik məktəbinin prezidenti. Reklam sahəsindəki 34 möhtəşəm ildən sonra Michael Conrad 2003-cü ildə təqaüdə çıxdı. O, möhtəşəm maşınları ilə məşhur olan və möhtəşəm reklamları ilə tanınmayan Almaniyada doğulub və alman mühəndisliyini reklamda qlobal keyfiyyət menecmentinə gətirmişdir deyə, onun dostu John Hegarty qeyd edir. Onun köməkliyi ilə



Leo Burnett Worldwide 2000-ci ildə (AdAge dərgisinə görə) Global Agency Networkü və 2001-ci ildə Ən Çox Mükafat Alan Reklam agentliyi şəbəkəsi seçilmişdir. Onu rəhbərliyi altında 27 Leo Burnett agentliyi (bəziləri hətta bir neçə dəfə) öz ölkələrində İlin Agentliyi adını almışlardır. O, çoxlu yerli, regional və qlobal reklam festivallarını idarə edib. Almaniya, Avstriya və Avropa Art Direktorlar Klubunun fəxri üzvüdür. Almaniya Art Direktorlar Klubu ili birlikdə Berlin Kreativ Liderlik Məktəbinin əsasını qoyub və hal-hazırda onun prezidentidir.