Lüks moda markası "Burberry" Yaponlar tərəfindən təqdim edilən mesajlaşma tətbiqi "Line" ilə əməkdaşlıq etdi. Əməkdaşlıq önümüzdəki həftə başlayacaq London Moda Həftəsində, "Burberry"nin 2015 Payız / Qış kolleksiyasının təqdimatı zamanı elan olunacaq.



Emojilərə geniş yer verən Line, öz yaratdığı obrazların yanında dovşan Cony və ayı Brownun yanında Hello Kitty kimi obrazları da kataloqunda saxladı. Tətbiq, Yaponiya, Tayland və İndoneziyada aylıq olaraq 170 milyondan çox insan tərəfindən istifadə edilir.



"Burberry" ilə edilən əməkdaşlığın təqdimatı üçün isə "Line", Burberrynin simaları olan Cara Delevingne,Christopher Bailey, Mario Testino ve Anna Wintourun obrazlarını da yaratdı. Təqdimat filmində iştirak edən Cony və Brown Londonu ziyarət edib Burberrydən alış-veriş etdikdən sonra Moda Həftəsinə qatılıb markanın simaları ilə xatirə fotoşəkili çəkdirirlər.