"Coca-Cola"nın web kampaniyası "EmotiCoke" ilə xüsusi olaraq emojili web ünvanları yaratmaq mümkündür. Coca-Cola Porto Riko xoşbəxtliyin universal bir dil olmağından ilham alaraq yola çıxıb.



Şirkət həyata keçirdiyi "EmotiCoke" kampaniyası ilə istifadəçiləri gülücüklərdən ibarət olan web ünvanı yaratmağa dəvət edir. Kampaniyaya görə istifadəçilər mikrosayta girə bilmək üçün ünvan sətirinə istədikləri emojini yaza bilər.



"Coca-Cola"nın bu əyləncəli kampaniyası üçün tez-tez istifadə olunan ".com", ".org" və ".net"i emojilərin qəbul etməməsi səbəbi ilə "we smile"ın qısaldılmış şəkli olan ".ws" seçilmişdir. Ünvan sətirinə "www." ilə ".ws" arasına istədikləri emojini yazaraq mikrosayta daxil olan istifadəçilər xüsusilə öz seçdikləri emojilerden sahə adları da yarada bilər.