Amerika Birləşmiş Ştatlarının ən böyük avtomobil istehsalçısı olan "General Motors"da istehsal qüsurları bitmək bilmir. Şirkətin lüks markalarından "Cadillac"ın tavanı açıla bilən ATS modelində qarşılaşılan problemlər səbəbindən 67 min ədəd avtomobil təmir üçün geri çağırılıb.



General Motors, problemin avtomobilin hərəkət zamanı tavanın qəflətən açılmasına və ya bağlanmasına səbəb olduğunu bildirib. Şirkət həmçinin geriçağırma əməliyyatının 2013-cü ildən bəri istehsal olunan açılıb-bağlanan tavana malik olan bütün Cadillac ATS modellərini əhatə etdiyini bildirilib.