Fevral ayının 28-də 7-ci dəfə keçiriləcək Şərqi Avropanın öndə gələn beynəlxalq və reklam festivalı olan White Square işlərin qəbulunun ikinci mərhələsini elan edir. Fevral ayının 28-nə qədər işləri təhvil verən kəslərə səmərəli güzəştlər təklif olunacaq.
Festival özündə 13 müsabiqəni birləşdirir: televiziya reklamı, çap, qrafik və rabitə dizayn, qablaşdırma, açıq hava reklamı, radio reklam, interaktiv reklam, media layihələri, BTL, PR və DM layihələr, reklam kampaniyaları, marketing səmərəliliyi, yenilik, sosial media reklamı.
İşlər festivalın rəsmi internet saytı vasitəsilə qəbul olunur: www.adfest.by. Müsabiqənin işləri yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, sosial reklam münsiflər heyəti tərəfindən qiymətləndirəcəkdir. İşlərin qiymətləndirilməsi üçün əsas meyarlar orijinallıq, fikir yeniliyi və onun həyata keçirilməsi keyfiyyətləridir. "White Square"də mühakimə qərəzsizlik, obyektivlik və peşəkarlıq prinsipləri ilə tənzimlənir. Adəti üzrə "White Square" yeni festival mövsümünü açıq elan edir. Məhz burada müsabiqə iştirakçıları tanınmış mütəxəssis olmaq şansını əldə edir. Festivalda uğurlu başlanğıc edərək finalçılar və festivalın qalibləri öz qalibiyyətini davam etdirir və Belarusiyanın sərhədləri xaricində də marketinq festivallarında məşhurluq əldə edir.
Ödəniş Belarusiya rublu, Rusiya rublu, ABŞ dolları və avro ilə ödənilə bilər. Festival haqqında daha ətraflı məlumat, iştirak qaydaları və işlərin təhvil verilməsi ilə bağlı məlumatı festivalın rəsmi internet saytından www.adfest.by və ya +37517 2174171, + 37517 2174161, + 37517 3064473 əlaqə nömrələrindən əldə edə bilərsiniz.