23-25 Aprel tarixlərində Minsk şəhərində 7-ci dəfə beynəlxalq marketinq və reklam festivalı olan Şərqi Avropanın və MDB dövlətlərinin ən qabaqcıl festivalı "White Square" keçiriləcək. Festival hər il dünyanın 25 ölkəsindən təqdim olunmuş işləri və iştirakçıları qəbul edir.



Festivalıda 13 müsabiqə var: televiziya reklamı, çap, qrafik və rabitə dizayn, yarlıq qablaşdırılması, açıq hava reklamı, radioreklam, interaktiv reklam, media layihələri, TL, PR və DM layihələri, reklam kampaniyaları, marketinq effektivliyi, innovasiya, sosial reklam.



Bu müsabiqənin işləri yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, sosial reklam münsiflər heyəti tərəfindən qiymətləndirəcəkdir.Festivaı üçün işlərin qəbulu Martın 28-dək festivalın rəsmi internet səhifəsində qəbul olunur: www.adfest.by. Festivalın maarifləndirici vəişgüzar proqramıən yaxşı təcrübələri və rabitə sahəsində yeni istiqamətləri özündə birləşdirir. Məhz burada iştirakçılar marketinq və reklam sahəsində bütün suallara cavab tapa biləcəklər.



Ⅶ dəfə keçirilən beynəlxalq marketinq və reklam festivalı "White Square"nin tədris proqramı



Festivalda iştirak etmək üçün ərizə formasını doldurmaq və onu info@adfest.by ünvanına göndərmək və ya festivalın rəsmi internet saytında qeydiyyatdan keçmək lazımdır. Festivalın qonaqları festivalı daha da zəngin edən Minsk şəhərində maraqlı ekskursiya səfərləri edə biləcəklər. Bu isə festivalı daha parlaq və yaddaqalan günlərlə zəngin edəcək. Məhz elə bu və ya digər səbəblərdən 2015-ci ilin Aprel ayında artıq 7-ci dəfə keçiriləcək olan “White Square” festivalına qatılın və maraqlı günlər keçirin.



Festivalda iştirak etmək artıq kimin üçünsə qalib olmaq, kimin üçünsə qızıl mükafat, kimin üçünsə peşəkar təcrübə, kimin üçünsə yeni tanışlıqlar üçün fürsət deməkdir. Festivalın şərtləri, işlərin qəbulu və daha ətraflı məlumatı rəsmi internet saytından www.adfest.by+37517 2174171, + 37517 2174161, + 37517 3064473 əlaqə nömrələrindən əldə etmək olar.