"Toyota" şirkətinin idarə heyətinin sədr müavini vəzifəsinə, ilk dəfə Yapon olmayan bir nəfər seçilib. Vəzifəyə 1988-ci ildə işə daxil olan 57 yaşlı Fransa vətəndaşı Didier Leroy keçəcək.



Leroy hazırda şirkətdə Avropa bazarı üzrə cavabdehlik daşıyır. Leroyun sədr müavini vəzifəsinə 1 Apreldə başlaması gözlənilir. Onun bu vəzifəyə seçilməsində çalışdığı illər ərzində Avropa bazarındakı xərcləri azaldıb, mənfəət marjasını da mütəmadi artırmağı bacarmasının təsir göstərdiyi bildirilir.