New York agentliyi "Deutsch" Almaniyanın içki brendi olan "Jägermeister" üçün 56 içki inqredientlərinin istifadə olunduğu qeyri-adi çap reklam kampaniyası hazırladı.
Olivia Knapp, artgroup DKNG və Stefan Kaiser kimi üç illustrator 56 hissədən ibarət olan taxta puzzle yaratdı. Puzzleın bütün hissələri əl ilə hazırlanıb. Reklam üçün çəkilişlərdən sonra Amerika bazarına istiqamətləndiriləcək.