Dünyanın ən böyük avtomobil istehsalçısı olan "Toyota" 112 min 500 avtomobilini hidravlik sükan və elektrik sistemindəki qüsur səbəbindən geri çağırıb. "Toyota"dan edilən yazılı açıqlamada, geri çağrılan avtomobillərdə aşkar edilən zavod qüsurunun hidravlik sükanın nəzarətdən çıxararaq qəza riski yarada biləcəyi qeyd olunub.
Şirkət, geri çağırmaya səbəb olan xətanın indiyə qədər hər hansı bir qəza və ya yaralanmaya səbəb olmadığını bildirib. Geri çağırma, 2014 və 2015 model "RAV 4" avtomobillərini (SUV), 2015 model "Highlander" və "Camry"ləri əhatə edir. Qüsurlu avtomobillər "Toyota"nın rəsmi servisləri tərəfindən pulsuz təmir ediləcək.