"Procter & Gamble" bir neçə kosmetika brendini ayırmaq və ya satmağı planlaşdırır. Hal-hazırda "Procter & Gamble" müqavilə haqqında məsləhətlər aparır. Rəsmi nümayəndə isə bunun fərziyyə olduğunu bildirib.



Lakin danışıqlar haqqında media nümayəndələri , rəqiblər və analitiklər məlumatlıdır. Kosmetika bazarının nümayəndələri daimi olaraq trendləri izləmək və rəqiblərindən geri qalmamaq məcburiyyətindədir.



Procter & Gamble "Olay" brendinin "Fresh Effect" xəttinin auditoriyasını genişləndirməyə çalışdığı zaman rəqibi L’Oreal "Urban Decay" məhsulu ilə gənc müştərilərin önünə çıxır. Mütəxəssislər hesab edir ki, satış üçün əsas namizədlər ətriyyat, makyaj vasitələri və professional saça qulluq məhsullarıdır. "Olay" və "Pantene" brendlərini isə canlandırmaq və gücləndirmək üçün çalışırlar. Ötən il kosmetika biznesi şirkətə 19,5 milyard dollar gəlir gətirib. Bloombergin qiymətləndirilməsinə əsasən "Procter & Gamble" kosmetika satışında L’Oreal və Unileverdən sonra üçüncü yeri tutur.