"Airbnb" London olimpiadasından sonra bu dəfə 2016 Rio De Janerio Olimpiada oyunları üçün də sponsor olmağa haqq qazandı. Airbnb "2016 Rio De Janerio Olimpiadası" çərçivəsində edilən yerləşdirmə sektoru tenderini qazanıb.
Şirkət tenderi "Hotel Urbano" və "Alugue Temporada" adlı rəqiblərini geridə qoyub. Şirkət atletlər və tamaşaçılar üçün 20 min otaqlıq yer təmin edəcək. "Airbnb"nin bu tenderi qazanmaq üçün nə qədər ödədiyi bilinmir. Eyni zamanda olimpiada sponsoru və partnyoru olaraq adını yazdıracaq olan Airbnb, bu addımı ilə əhəmiyyətli bir işə imza atmış olur.