Almaniyanın idman geyimləri istehsalçısı "adidas" 2020-ci ilə qədər satışını iki dəfəyə qədər artıracaq. Şirkət özünün ən böyük rəqibi olan "Nike" ilə yaxınlaşmaq və gəlirini 22 milyard avroya qədər artırmaq niyyətindədir. İlk öncə "adidas" şirkəti Los Angeles, New York, London, Paris, Şanxay və Tokyo kimi altı böyük şəhərdə satış mərkəzini açmağı planlaşdırır. Bundan əlavə şirkət istehlakçıya geyimləri özünün dizayn etməsinə icazə verəcək. Planlaşdırılmış illik satış artımı isə 15%-dir. Eyni zamanda xatırlatmaq istərdik ki, adidas qeyri-müəyyən iqtisadi vəziyyət ilə bağlı bütün dünya üzrə 290 mağazasını bağlayır.