"Tesla"nın "CEO"su və qurucusu Elon Musk, atdığı tweet ilə birlikdə "Tesla"nın ilk dəfə avtomobil xaricində yeni bir məhsul istehsal edəcəyini açıqladı. Tweet bir çox adamı həyəcanlandırdı.
"Tesla"nın istehsal xətti açacağı bir sonrakı ı.məhsulun nə olacağı mövzusunda fərziyyələr başladı. Ancaq bu ana qədər həmin məhsul haqqında heç bir məlumat yoxdur.
Elon Musk bildiyiniz kimi kosmos sahəsində işlər həyata keçirən "SpaceX"in də qurucusu və eyni zamanda "SolarCity" adlı şirkətin də İdarə Heyəti Başçısı vəzifələrində çalışır. Elon Musk son açıqlamalarından birində "Tesla"nın Çin əməliyyatına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bu da "Tesla"nın bu yeni məhsulun istehsalının Çində gedəcəyini və "Tesla"nın Çin bazarında bir şeylər edə bilmə ehtimalını ağıllara gətirir.