"Amazon" ani alış-veriş üçün "Dash Button" adlı ağıllı düymə təqdim edib. Xüsusi mobil tətbiq və bu ağıllı düymənin köməyi ilə evdar xanım artıq alış-veriş üçün mağzaya getmədən evdən rahatlıqla istədiyi məhsulu ala bilər.



Amazon hər bir məhsula xidmət edən bir neçə variantda ağıllı düymə təqdim edib. Məsələn, əgər evdar xanımın paltar yuyan vasitəsi bitibsə o, həmin məhsul üçün ayrılmış xüsusi ağıllı düymədən istifadə etməlidir. Eyni zamanda bu uşaq bezlərinə, mineral sulara və başqa məhsullara aiddir.



Bu alış-verişi xüsusi mobil tətbiq vasitəsilə həyata keçirmək olar. Eyni zamanda yanlış alış-verişdən də qorunmaq mümkündür. Məsələn əgər səhvən hər hansı ağıllı düymə basılıbsa həmin məhsul sifariş olunan mənzilə gəlib çatana qədər onu dayandırmaq mümkündür. Eyni zamanda həmin mobil tətbiqin köməyi ilə müştəri sifariş etdiyi məhsuldan imtina da edə bilər. "Dash Button" hal-hazırda yalnız ABŞ sakinləri üçün keçərlidir.