"BBH"ın keçmiş yaradıcı direktoru hal-hazırda isə "Grey London"un yaradıcı direktoru olan Dominic Goldman betondan hazırlanan "Nike Air Max 1" idman ayaqqabısı təqdim etdi. Betondan hazırlanan kolleksiya Goldmanın hobbisidir.
Hər bir idman ayaqqabısı 3,5 kiloqramdır və onların hər birində "Tiny" imzası var. Goldman sözügedən kolleksiyanın hazırlanmsı üçün idman ayaqqabılarını 3D – çap üslubunda hazırlayan dizayneri dəvət edib.
Ayaqqabıların betondan hazırlanması rahat iş deyildi. Lakin nəticədə istənilən məhsul əldə edildi. Goldman yeni kolleksiyanı məhdud sayda satışa təqdim edəcək. Bir cüt ayaqqabı 900 funt sterling dəyərində olacaq.