Çin bazarına olduqca əhəmiyyət verdiyini bildirən "Tesla"nın "CEO"su və qurucusu Elon Musk, Tesla istehsalının gələcəyi ilə bağlı əhəmiyyətli şərhlər verib. Musk, "Xinhuanet" adlı Çinli yayım quruluşuna verdiyi bir reportajda 3 il ərzində Çində Tesla istehsalına başlanabiləcəyinin siqnallarını verib. Kaliforniyada olan Tesla fabrikində istehsalla məşğul olan şirkət, tamamlanınca ildə 500 min avtomobil istehsal etmə tutumuna sahib olacaq nəhəng "The Tesla Gigafactory"ni də 2017-ci ildə dövrəyə qatacaq.