Fransanın avtomobil istehsalçısı olan Peugeot "Le Carreau du Temple" Fransa bazarında eksklüziv təqdimat çərçivəsində özünün ilk "FoodTruck" adlı ərzaq mikroavtobusunu təqdim etdi. Avtomobilin əsas üstünlüyü odur ki, onu həm mətbəxə həm də kafeyə çevrmək mümkündür. 30 nəfərin yerləşə biləcəyi avtomobil "Le Bistrot du Lion" adını alıb. Onun dizayn ideyası ilə beynəlxalq dizayn studiyası "Peugeot Design Lab" məşğul olub. Sözügedən avtomobil Aprel ayının ortalarınadək Parisdə qalacaq. Aprel ayının 14-də Milanda keçirilən dizayn həftəsinə, daha sonra isə "Expo Milano 2015" sərgisinə aparılacaq.