Elektrikli avtomobil istehsalçısı "Tesla" bir sürpriz edərək yeni avtomobili "Tesla Model S 70D"nin elanını reallaşdırdı. "Tesla Model S70D" bu ana qədər bazardakı ən ekonomik Tesla modeli olacaq. 70D modelinin 0-dan 100 km / saat sürətə qədər çıxması isə 5.2 saniyə alacaq. 329 at gücünə sahib olacağı gözlənilən "Tesla Model S 70D"nin çıxa biləcəyi ən yüksək sürət isə 225 km / saat ətrafında olacaq. Model "S 70D"nin satış qiymətinin 75 min dollar dəyərində olması gözlənilir.