"Toyota" yenidən dizayn edilən "ES" sedanını Çində Şanxay Avtomobil Sərgisində təqdim edəcək. Toyota artıq yeni "ES2 modelinin şəkillərini veb saytı üzərindən yayıb. "ES"in "L" şəklindəki gündüz farası və ön radiator barmaqlığı lüks markanın stilini xarakterizə edir.



Toyota, ES modelini Şanxay Avtomobil Sərgisində 20 Apreldə bazara təqdim edərək detalları açıqlayacaqdır. Təqdimat üçün Çinin seçilməsi Toyotanın lüks markası üçün qlobal ambisiyalarının artdığını göstərir.



Şirkət, NX modelini ötən il Pekində təqdim etmişdi. Toyota hələ də satışlarının böyük qismini ABŞ bazarından əldə edir. Lexus ötən il Çin bazarında 85.000 avtomobil satıb. Şirkət "ABŞ"da bu rəqəmdən təxminən 4 dəfə çox satış həyata keçirib.