"Nissan"ın Prestijli "Effie Awards" mükafatları arasında ön yerlərdə olması onun marketinq və kommunikasiyada effektivliyini göstərir. Yapon avtomobil istehsalçısı Nissan nüfuzlu Effie Awards mükafatının elanından sonra Yaxın Şərqin ən effektiv təqdim edilən avtomobil brendi olduğunu bir daha təsdiqləmişdir. Sübut olunmuş, effektiv marketinq kommunikasiyaları vasitəsilə uğur əldə etmiş istənilən sektora aid olan Effie Mükafatı öz sahəsində yüksək səviyyə nişanı hesab edilir.



Nissan ardıcıl olaraq dördüncü dəfədir ki, MENA (Yaxın şərq və Şimali Afrika ölkələri) regionunda ən effektiv avtomobil brendi mükafatını alır. Nissan MENA regionunda satış həcminə görə üçüncü yeri tutur, bu, onun keçən ilki yerdən iki pillə öndə və digər avtomobil istehsalçılarından daha öndə olduğunu göstərir. Digər qlobal Nissan distribütorları ilə müqayisədə Yaxın Şərq regionu qlobal Nissan nöqtələrinin 70%-ni əhatə etməklə bu regionda üstünlük təşkil etmişdir. "Effie müstəsna bir göstəricidir.



Xarici meyarlara görə standartları qiymətləndirən möhtəşəm bir mənbədir", deyə "Nissan"ın Yaxın Şərq üzrə regional direktoru Samir Cherfan bildirdi. "Dördüncü ildir ki, "Effie"də çox yaxşı nəticələrə nail oluruq. Nissan Effie mükafatını aldığına görə qürur duyur, çünki bu mükafat brendlər, müəssisələr və ümumilikdə şirkətlər üçün yüksək bir göstəricidir. Son Effie sıralamasında tutduğumuz yer "Nissan"ın davamlı olaraq öndə gedən ideyalar və marketinq proqramlarını yaratdığını göstərdi. Lakin uğurumuzun əsas səbəbi "mükəmməlik" şüarını rəhbər tutduğumuz tayı-bərabəri olmayan məhsul cərgəsi, müştəri xidməti və satış sonrası xidmətlərimizdir".



"Effie Mükafatlarında tutduğumuz yolu davam etdirməkdən və hətta bu yolda öndə olmaqdan məmnunuq" deyə Cherfan bildirib. Effie İndeksində yer tutmuş hər bir şirkətin göstəriciləri əsaslı şəkildə qiymətləndirilmişdir və bu sahədə mütəxəssis olan münsiflər tərəfindən həyata keçirilmiş iş onların marketinqinin mübahisə edilməz nəticələrə nail olduğunu göstərir. 2011-ci ildə başladılmış və hər il elan edilən bu İndeks bir çox təhlilçilərin fikrinə görə marketinq effektivliyinin qiymətləndirilməsində ən müfəssəl qlobal sıralamadır.