2015-ci ilin ilk rübündə "Volkswagen"in mənfəəti Avropada avtomobillərə tələbin artması ilə 17% artıb. "Volkswagen"in ilk rübdə mənfəəti 3,33 milyard avro olub. Şirkət ötən ilin eyni dövründə 2,86 milyard avro mənfəət əldə etmişdi. Mənfətin proqnozlardan çox olmasına, Porche və Audi kimi lüks avtomobil seqmentindəki güclü satış performansı təsir göstərib. Digər tərəfdən, Volkswagen, 2015-ci il ərzində dövriyyəsinin 2014-cü ildəki 202 milyard avronu keçməsini gözlədiyini də bildirib.
Dünyanın ikinci böyük avtomobil istehsalçısı olan Volkswagen, son bir neçə həftə ərzində rəhbərlik problemləri yaşayırdı. Şirkətin İdarə Heyətinin sədri Ferdinand Piech, şirkətin banisi Ferdinand Piechein nəvəsi Martin Winterkorn ilə girişdiyi "bilək güləşindən" məğlubiyyətlə çıxaraq istefa verdi. Beləliklə, alman nəhəngində çox əhəmiyyətli bir dövr də bağlanmış oldu. Çünki Piech, şirketin 12 markaya çatmasında və illik xalis mənfəətinin 13 milyard avroya çıxarmasında baş rol oynamışdı. Analitiklər Piechin istefasına baxmayaraq, şirkətin 2018-ci ildə "Toyota"nı geridə qoyaraq dünyanın ən böyük avtomobil istehsalçısı olmaq məqsədindən dönməyəcəyini hesab edirlər.