"Coca-Cola" şirkəti yeni təşəbbüslər üçün Meksikada özünün klassik "lent" dizaynını iki əlin salamlaşması şəklində olan dizayn ilə əvəz etdi. "Pereira & O’Dell" tərəfindən hazırlanan layihənin əsas məqsədi əsl dostluq və hər bir vəziyyətdə dostlarına dəstək olmaq təməli üstə qurulub. Məhz elə bu məqsədlə də Meksikada Coke dizaynı mövzuya müvafiq olaraq dəyişdirildi. Şirkət həmçinin mövzuya uyğun müxtəlif aksesuarlar da təqdim etdi.
Musiqini dostunla bölüşmək üçün ikili qulaqcıq, öz mobil telefonunda olan enerjinin bir qismini mobil telefonunda enerjisi tükənmiş yoldaşına verə biləcəyin cihaz, marka rəmzlərini əks etdirən telefon üzlükləri və buna bənzər başqaları. Coca-Cola şirkəti Meksikalı gənclərə #VerdaderoAmigo və ya #TrueFriend həştəqi ilə "Vine" və "Instagram"da fotoşəkillər çəkib paylaşmağı təklif edir.