"Audi" yeni model idman avtomobilinin təqdimatı üçün qeyri-adi reklam çarxı təqdim etdi. "Audi"nin yeni "Audi R8" idman avtomobilinin reklam çarxında "Audi R8" şirkətin son modeli "R3 Sportbacki" dünyaya gətirir. Kompüter qrafikası köməyi ilə hazırlanan reklam çarxını BBH London və Mill təqdim edib.



Yeni modelin anası rolunda "R8" avtomobilidir. Belə ki, R3 bir çox xüsusiyyətlərini ondan götürüb. BBH şirkətinin yaradaıcı direktoru Ian Heartfield bildirib ki, "Audi R8 səmərəliliyi, bənzərsiz dizaynı və xarakterik səs ilə bir əfsanəyə çevrildi. Əsas şərt isə dəqiq və maraqlı bir yol ilə bütün bu xüsusiyyətlərin digər Audi Sport modellərində də olduğunu müştəriyə çatdırmaq idi."