Müsair Yaponiya yüksək texnologiya, gün ərzində 20 saat çalışan işçilər, qısa ətəkli məktəblilər və sonsuz ağ yaxalıqları ilə xarakterizə olunur. "Quicksilver Japan" və "TBWA Hakuhodo" bu sonuncu faktdan istifadə edərək yeni reklam çarxı təqdim etdi. Sözügedən reklam çarxı isə iş adamları üçün hazırlanan sörfinq kostyumunun reklamından bəhs edir.
İş adamları üçün hazırlanan sörfinq kostyumu "True Wetsuit" adlanır. O, sifarişlə tikilən şirkətin yeni məhsuludur. Onu sifariş etdikdən sonra hazır olmağı üçün iki ay gözləmək lazımdır. Kostyum isə 2500 ABŞ dolları dəyərindədir. Skafandr həqiqətən də əsl eleqant iş kostyumuna bənzəyir. O, üç dizayn versiyasında təqdim olunub.