"IKEA" şirkətinin dizaynerlərinin fikrincə, 10 ildən sonra mətbəxdə müxtəlif texniki avadanlıqlar olmayacaq. Belə ki, mətbəxlərdə vahid ideoloji kompleks təşkil ediləcək. Gələcəyin mətbəxində əsas rolu özündə bir neçə funksiyanı birləşdirən universal masa oynayacaq. Quraşdırılmış kamera masadakı ərzaqları tanıyacaq. Masanın üzərində isə hər ərzağın proyeksiyası, bu inqreditlərdən hazırlanması mümkün olan yeməklərin hazırlanma qaydasını göstərən ekran olacaq.
Bundan başqa, masaya quraşdırılmış qızdırıcı cihazın köməyilə yeməkləri elə həmin masada hazırlamaq mümkün olacaq. Bu cihazlar həmçinin fincandakı çay və ya kofenin temperaturunu saxlamağa imkan verəcək, eləcə də, onların köməkliyi ilə smartfon və ya planşetləri akkumulyatorunu doldura biləcək. Təqdim edilmiş gələcəyin mətbəx konsepsiyası ərzaqların ənənəvi saxlanma üsullarından imtinasını da nəzərdə tutur. Konsepsiyanın müəllifləri ehtimal edir ki, 10 ildən sonra ərzaqları evlərə pilotsuz cihazlar çatdıracaq və bu da ehtiyat ərzaqdan imtinaya imkan verəcək.