Avtomobil şirkəti Daimler AG "Mercedes-Benz G-Class"ın yenilənmiş xəttini təqdim etdi. Yolsuzluq əfsanəsi "G500" son standart "Avro 6"nı dəstəkləyən dörd litrlik biturbo mühərriki "V8"i qazandı. "G500"dən əlavə "G350 d", "AMGG 63" və "AMGG 65" modelləri də yeniləndi. Yeni model avtomobillər tıxac və ya işıqforda dayandığı zaman yanacaq istehlakı və emissiyaları azaldan funksiya ilə təxhiz olunub. Avtomobil istehsalçısı yeni model sahiblərinə 16% güc artımı vəd edir.