"Coca-Cola" şirkətinin adları colalarının üzərinə yazaraq məhsulu fərdiləşdirmə kampaniyası artıq yeni bir mövqe qazandı. Coca-Cola yeni yayımladığı "Coca-Colanı paylaş" adlı reklam kampaniyasının yeni reklam çarxı ilə görmə qüsurlu insanlara çatmağı hədəfləyir. Görmə qüsurlu insanların da adlarını oxuya biləcəyi qutu colaların üzərinə braille (qabartma) yazı tətbiq olunmağa başlanacaq. Beləcə görmə qüsurlu insanlar da qutu colaların üzərində öz adlarını oxuya biləcəklər.