"Toyota" hava yastığındakı qüsur səbəbindən 5 milyon avtomobilini geri çağırdı. "Toyota"nın sözçüsü, qüsurun sürüşə təsir etmədiyini, hava yastıqlarının qəza anında açılmaması ehtimalının olduğunu deyib. Şirkət geriçağırma əməliyyatının ölüm və yaralanmalar ilə nəticələnən qəzalar ilə əlaqəsi olmadığını bildirib. "Toyota"lardakı qüsur, 2003-cü ilin Mart ayı ilə 2007-ci ilin Noyabr ayları arasında istehsal olunan cəmi 35 modeli əhatə edir. Bunlar arasında Corolla və Yaris modelləri də var.
Yaponiyanın digər iri avtomobil istehsalçısı olan Nissan da 1,56 milyon avtomobilini geri çağırır. Mövzu ilə bağlı açıqlama verən "Nissan"ın sözçüsü, "Bu geri çağırma Avropa, Yaponiya və Şimali Amerika bazarlarımıza təsir edəcək" deyə bildirib. Nissan tərəfindən, hava yastıqlarında qüsur olaraq, onun vaxtsız və şiddətli olaraq partlaması göstərilib. Nissan modellərindən isə 2004-cü il ilə 2008-ci il arasında istehsal edilən avtomobillər geri çağırılıb. Nissan da qüsur ilə bağlı olaraq ölümlə nəticələnən qəzanın olmadığını iddia edib.