"L'Oreal" şirkəti Vichy, Lancôme, Clarisonic, Yves Saint Laurent və Giorgio Armani brendlərinə digital-dəstək vermək uğrunda olan tenderin qalibini seçdi. Müsabiqənin qalibi "JAMI" agentliyi oldu. Tenderin qalibi olan JAMI agentliyinin vəzifəsi çərçivəsinə digital-inkişaf strategiyası, xüsusi layihələrin həyata keçirilməsi, sosial mediada reklam kampaniyalarının idarə olunması,media reklamları üçün kreativ layihələrin hazırlanması, brendlərin veb saytlarına dəstək, mövsümi kampanyalar üçün yaradıcı həllər və bu kimi digər işlər daxildir.