EA Sports, "FIFA 2015" üçün ulduz futbolçu Lionel Messinin rol aldığı "Futbolun acı-şirin ləzzəti" adlı yeni reklam çarxı təqdim etdi. Reklam çarxı "W + K Amsterdam" imzası daşıyır. Sözügedən reklam çarxında Messini qəribə bir mexanizmə bağlanmış halda görürük. Mexanizm Messinin yaşadığı zəfərlərin xoşbəxtliyindən və ya acı məğlubiyyətlərin kədərindən gələn gözyaşlarını çıxarır.
Və bu göz yaşlarından da acı məğlubiyyətlərin qara şokolatı, şirin zəfərlərin ağ şokolatı istehsal olunur. "Futbol, acılı-şirinlidir. Bir an zəfərin şirin göz yaşları ilə bir sonrakı səfərdə isə məğlubiyyətin acı göz yaşları ilə ağlamaq mümkün olduğunu" deyən "W + K Amsterdam"ın kreatif direktoru David Smith,"Elə isə futbolun duyğusunu göstərə bilmək üçün Lionel Messinin göz yaşlarından bir şokolad yaratmaqdan daha yaxşı nə edilə bilər ki? O, futbolu dünyadakı digər bütün insanlardan daha çox hiss edən bir kəsdir" deyib.