"Dior"un maraqla gözlənilən, Rihannanın baş rolda olduğu "Dior: Secret Garden IV" reklam çarxı uzun və qısa versiyalarıyla yayımlandı. Mart ayında Rihannanın, 69 illik Fransız lüks moda markası olan "Dior"un ilk qara dərili üzü olduğu açıqlanmışdı. İndi, Secret Garden IV kampaniyası səhnədə işığını əks etdirir. Rihanna, paltarları, hərəkətləri və cəzb edici baxışlarıyla Versailles Sarayının cazibəsini artırır. Arxa fonda isə, Rihannanın yeni mahnısı olacağı deyilən "Only If for a Night" musiqisi səslənir.