Panamanın, inşa edilən şık plaza və iş mərkəzləriylə modernləşmə yolunda sürətlə irəliləyərkən infrastruktura laqeyd yanaşdığını, bunun ən əhəmiyyətli dəlilinin də şəhərin korlanmış yolları olduğunu düşünən xəbər proqramı Telemetro Reporta, vəziyyəti dəyişdirmək üçün maraqlı bir kampaniyaya imza atıb.
"P4 Ogilvy & Mather" əməkdaşlığında həyata keçirilən layihədə şəhərin demək olar ki, hər prospektində və küçəsində sükan arxasında olan insanların həyatını çəkilməz hala gətirən çuxurlara, üzərindən hər keçəndə tweet atmaq mümkün olan bir qurğu yerləşdirilib. Birbaşa şəhərin yollardan məsul şəxsin Twitter hesabına istiqamətləndirilən "Tweet"lər ilə çuxurlar öz özlərini şikayət edə biləcək. Agentlik, layihə sayəsində korlanmış yollara diqqət çəkməyi bacardıqlarını və hərəkətə keçən yerli rəhbərliyin çuxurları bağlamağa başladığını söyləyib.