"Nivea" və "FCB Brasil" uşaqlara günəş kremi sürtməyin əhəmiyyətini izah etmək üçün ultrabənövşəyi işıqlara həssas kuklalar istifadə edərək əyləncəli və yaradıcı bir həll təqdim etdi. Marka, Rio De Janerionun ana çimərliklərinin birində uşaqlara bu kuklaları paylayaraq çimərlikdə vaxt keçirən ailələri təəccübləndrdi. Günəş kremindən istifadə etməmiş kuklalar günəş altında bir müddət qaldıqdan sonra qıpqırmızı qızararaq bir başqa hal alır. Günəş kremi vurulduqdan sonra isə dəriləri normal rənginə geri dönür.