"YouTube"un son on ilə damğa vuran markalı reklamları arasında "Türk Havayolları"nın "Kobe vs. Messi: The Selfie Shootout" reklamı birinci seçildi. "Türk Havayolları"nı və "Crispin Porter & Bogusky" ilə "Starcom"u, son 10 ilin ən bəyənilən YouTube reklamını hazırladıqları üçün təbrik edirik.
YouTube qrupu kampaniya ilə əlaqədar olaraq belə bir şərh verib: "Kobe vs. Messi: The Selfie Shootout, 2012-ci ildəki Legends on Board reklamının ardından yayımlandıqdan sonra qısa müddət ərzində YouTubeda fırtınalar qopardı. Dünyanın ən böyük iki super starı arasındakı selfie çəkmə yarışını əks etdirən reklam çarxı ilk üç gündə tam 25 milyon dəfə izlənildi. Dünyanın son trendlərindən "selfie" ilə Kobe Bryant və Messi kimi iki ulduzun gücünü ağıllı şəkildə bir araya gətirən reklam çarxı YouTube Ads Leaderboard'un həm Dekabr 2013 həm də Cannes Special Edition siyahılarında üst sıraya yerləşdi".