Almaniyanın avtomobil nəhəngi "Volkswagen" Çinin elektrikli avtomobil bazarında hücuma keçdi. Ölkənin ən iri elektrikli və hibrid avtomobil istehsalçılarından biri olan SAIC ilə imzalanan müqavilə əsasında iki şirkət elektrikli avtomobil istehsalı və Araşdırma-İnkişaf işlərində əməkdaşlıq edəcə. Bu əməkdaşlıq çərçivəsində 1984-cü ildən bəri iki şirkətin birgə işlətdiyi, Anting şəhərində yerləşən avtomobil zavodunun da böyüdülməsi qərara alınıb. Alman istehsalçı qarşıdakı dörd il ərzində Çin bazarına aralarında hibrid modellərin də olduğu 15 elektrikli avtomobil təqdim etməyi planlaşdırır.