New Yorkun turizm sektorundan məsul "NYC & Company" iki dilli marketinqtəşəbbüsünü elan etdi və bu iş üçün Nickelodeonın Latın obrazı olan Doranı istifadə etdi. İngilis və İspan dillərində danışan ailələrin diqqətini çəkmək üçün yaradılan kampaniya açıq hava, dijitalvə sosial mediada yer alacaq. Dora, şirkətin ailə səyahəti kampaniyalarında ilk dəfə istifadə edilmir. 2009-cu ildən bəri bu bazara yönələn şirkət, 2010-cu ildə ilk olaraq Dora obrazını istifadə etmişdi. Lakin xüsusilə İspan dilində danışan ailələrə yönələcək olan bu iş şirkət üçün bir ilkdir.



"NYC & Company" şirkətinin baş direktoru Fred Dixon bunun "daha geniş bir kütləyə doğru yönəlmək üçün yeni bir razılaşma" olduğunu dilə gətirib. "Dora mükəmməl bir ilk addımdır. Önümüzdəki dövrdə, Amerika mənşəli ziyarətçilərin diqqətini çəkmək üçün hazırlanan daha çox xarici dil reklamı görəcəksiniz" deyərək davam edib. Yeni Dora kampaniyası bütün İspan reklamları, şəhərlə əlaqədar məlumatlar və bunların İngilis versiyalarıyla birlikdə New Yorkda açıq havada olduğu kimi 30 saniyəlik taksi TV reklamlarında da yer alacaq.